27 Sentyabr 2022 12:01
333
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycan diasporları xaricdə fəaliyyət göstərən Azərbaycan səfirlikləri ilə daim kordinasiyalı fəaliyyət göstərir".

Teleqraf.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov deyib.

O bildirib ki, səfirliklərə diaspora tərəfindən dəstək göstərilir:

"Bu gün dünya artıq başqa formada strateji işlər həyata keçirir, bu o anlama gəlmir ki, harda erməni çoxdursa, orada ermənilər hücum etməlidir, harda azərbaycanlı çoxdursa, azərbaycanlılar... Hər bir dövlətin borcudur ki, səfirlikləri qorusun.

Bu günlərdə bizim İngiltərədə fəaliyyət göstərən diasporumuz həm erməni, həm də Azərbaycan səfirliklərinin qarşısında dinc aksiya keçirdi. Fransada ermənilərin icazəsiz, bütün qanunları pozaraq hücumlar törətdiyi olur. Biz çalışırıq ki, bütün dünya bunu görsün. Beynəlxalq təşkilatlar, akkreditə olunmuş səfirliklər öz sözlərini deməlidirlər".

Komitə sədrinin sözlərinə görə, son 3 həftədə xaricdə 40-dan çox müxtəlif aksiya və yürüşlər keçirilib: "Parisdə UNESCO-nun qarşısında Azərbaycan tarixinin dağıdılması, mədəni irsimizin məhvi ilə əlaqədar 3 gün dinc aksiya keçirildi. Heç bir erməni təşkilatı cürət edib, söz deyə bilmədi.

Azərbaycan diasporu hadisələrə çox çevik reaksiya verir. Heç bir ölkədə Azərbaycan diasporu qeyri-qanuni fəaliyyətlə məşğul deyil. Erməni diasporu isə bəzi ölkələrdə qanunsuz addımlara əl atır. Həmin dövlətlər buna ciddi reaksiya verməlidirlər".


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər