30 Sentyabr 2022 12:44
420
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Səbuhi Əhmədovun cəmi bir qardaşı var, ona da deyirlər ki, sən şəhid ailəsi sayılmırsan”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin deputatı Aqil Abbas bugünkü plenar iclasda deyib.

O bildirib ki, Səbuhi Əhmədovun cəmi bir qardaşı var: "Ona da deyirlər sizə şəhid ailəsi statusu düşmür. Ata yox, ana yox, şəhidin cəmi bir qardaşı var. Qardaşına da bildirirlər ki, qanun buna imkan vermir. Bu nadir haldır, düşünmək lazımdır. Ona bir otaqlı ev təklif ediblər, o da imtina edib. Deyiblər ki, sənə 2 otaq düşmür. Əslində şəhidin qanuni varisi qardaşıdır. Mən bu mövzuda danışmışam, amma fikrimi də manipulyasiya ediblər”.

Deputat Milli Məclis sədrindən xahiş edib ki, bu məsələ diqqətə alınsın, Sənan Əhmədova şəhid ailəsi statusu verilsin və iki otaqlı mənzillə təmin olunsun.

Aqil Abbas qeyd edib ki, digər bir məsələ isə qazilərlə bağlıdır:

"Bir qazi iki ildən sonra gedib şüşə və ya qapını qırdı, məsələsi də dərhal həll olundu. Olmazdımı ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bundan əvvəl məsələni həll edər, beləcə pis nümunə ortaya çıxmazdı.

Üçüncü məsələ də var. Bütün qazilər və şəhid ailələri birinci icra başçılarına müraciət edirlər. Amma icra başçılarının səlahiyyəti yoxdur. Ən çox söyülən də icra başçılarıdır.

Gəncəyə getmişdim, yol boyu şəhid şəkilləri idi, Tovuzda da belədir. Sağ olsunlar, şəhidlərin adına küçə veriblər, löhvə qurublar. Rayonlarda küçələrə şəhid adı qoymaq icra hakimiyyətinin səlahiyyətindədir. Bunu etmək olar”.


Müəllif: Nemət

Oxşar xəbərlər