7 Oktyabr 2022 16:30
523
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərsu” ASC-də Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) “Şəhərlər Şəbəkəsi” layihəsi çərçivəsində “Azərsu” ASC Almaniyanın Lüdviqshafen şəhərinin su təchizatı və kanalizasiya müəssisələri ilə təcrübə mübadiləsi sahəsində əməkdaşlıq edir. Bu əməkdaşlıq çərçivəsində qarşılıqlı səfərlər təşkil olunur, təlim proqramları həyata keçirilir.

Teleqraf.com xəbər verir ki, Lüdviqshafen şəhərinin Tullanı Sular Müəssisəsinin laboratoriya mütəxəssisləri Kristian Keyt və Yozef Braydenbaxın iştirakı ilə Mərkəzi laboratoriyada növbəti təlim keçirilib.

“Aktiv lildə filament bakteriyaların təyini” adlı nəzəri və praktiki təlimlərdə laboratoriyaların bioloqları iştirak edib.Doktor Yozef Braydenbax aktiv lildə filament bakteriyaların təyini üçün proqram təminatından istifadə, mikroskopda bakteriyaların rənglənməsi və ölçülməsi, lazımi materiallardan istifadə qaydaları barədə ətraflı məlumat verib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər