19 Oktyabr 2022 14:52
304
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə ilə Özbəkistan müftisi Nuriddin Xoliknazarov arasında təkbətək görüş keçirilib, iki ölkənin dini liderləri qarşılıqlı əməkdaşlığa dair protokol imzalayıb.

Teleqraf.com-un xəbərinə görə, görüşdə iki ölkə arasında əlaqələrin bütün sahələrdə daim inkişaf etdiyi vurğulanıb.

Şeyxülislam Allahşükür Paşazadə bildirib ki, Özbəkistan həmişə Azərbaycanın yanında olub:

"Qarabağın işğaldan azad edilməsi dövründə biz hər zaman Özbəkistanın mənəvi dəstəyini hiss etmişik. Bu gün Türk Dövlətləri Təşkilatının nəzdində islam dininin birliyinə, mənəvi irsimizə qayıdış çox vacibdir".

Özbəkistan müftisi də öz növbəsində təşəkkür edib. Ölkələrimiz arasında dostluq, qardaşlıq münasibətlərinin bundan sonra da davam edəcəyinə ümidvar olduğunu bildirib.

Daha sonra iki ölkənin dini liderləri qarşılıqlı əməkdaşlığa dair protokol imzalayıblar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər