“Büdcə müzakirəsi tarixi hadisə ilə eyni günə düşür. Bunun biri Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə böyük qayıdışla bağlı Sərəncamının təsdiq edilməsidir. İkincisi 1990-cı il noyabrın 17-də Naxçıvanda dövlət bayrağımızın təsdiq edilməsi ilə əlaqədardır”.
Teleqraf.com xəbər verir ki, bu fikirləri millət vəkili Musa Qasımlı parlamentdə çıxışı zamanı deyib.
Deputat əlavə edib ki, dünyada düzənin pozulduğu bir dönəmdə büdcə layihəsində ölkə təhlükəsizliyinə xüsusi diqqət ayrılıb, bu cür müsbət məqamlara görə büdcə layihəsinə müsbət səs verəcək:
“Təhsil xərclərinin artırılması göstərir ki, cənab Prezident təhsilə xüsusi diqqət yetirir:
"İşğaldan azad edilmiş ərazilərdə digər məsələrlə yanaşı təhsillə bağlı strukturların qurulmasına böyük diqqət göstərilir. 2022-ci ilin iyulunda cənab Prezident fərman imazaldı. Bu fərmanın uğurla həyata keçiriləcəyinə inanıram. Keçmişdən qalan və heç kimə fayda verməyən sahələrin islah olunması, elmimizin sağlamlaşdırıllması vacibdir. Regionumuzun və qonşularımızın dərindən araşdırılmasında fayda görürəm".