30 Noyabr 2022 11:46
429
12 Punto 14 Punto 16 Punto 18 Punto

Urmiya gölünün qurudulması ilə İran dərin milli münaqişə yaradır. Bu məsələ artıq siyasi xarakter daşıyırvə bu da kimsəyə sirr deyil.

Teleqraf.com xəbər verir ki, bunu “Güney Azərbaycan Demokratik Türk Birliyi” (GADTB) təşkilatının sədri Əjdər Tağızadə “Urmiya gölünün qurudulması” ilə bağlı Bakıda keçirilən ictimai müzakirədə deyib.

Onun sözlərinə görə, gölün özünün çaylardan götürdüyü su haqqı var: "Kürdlər yaşayan yerlərdən gələn çayların qabağı da kəsilir. Bununla da İran dərin milli münaqişə yaradır. Kürdlər yaşayan yerdə tunel inşa olundu, lakin açılmadı. Gölün qurudulması ciddi ekoloji problemə səbəb olur".


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər