2 Dekabr 2022 12:57
516
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin parlamentlərarası əlaqələr üzrə yeni işçi qrupları yaradılıb.

Teleqraf.com xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Milli Məclisin qərarında dəyişikliklər edilməsi barədə” qərar layihəsi parlamentin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Qərar layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.

***

09:52

Milli Məclisin parlamentlərarası əlaqələr üzrə yeni işçi qruplarına rəhbər seçiləcək deputatların adları məlum olub.

Teleqraf.com xəbər verir ki, bu barədə "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Milli Məclisin qərarında dəyişikliklər edilməsi barədə” qərar layihəsində əksini tapıb.

Layihəyə əsasən, deputat Aydın Hüseynovun namizədliyi Azərbaycan-Banqladeş, Elşən Musayevin namizədliyi Azərbaycan-Burundi, Rəşad Mahmudovun namizədliyi Azərbaycan-Efiopiya, Afət Həsənovanın namizədliyi Azərbaycan-Honduras, Sabir Rüstəmxanlının namizədliyi Azərbaycan-Kamerun, Kəmaləddin Qafarovun namizədliyi Azərbaycan-Qvatemela, Rafael Hüseynovun namizədliyi Azərbaycan-Livan, Ramil Həsənin namizədliyi Azərbaycan-Nepal, Emin Hacıyevin namizədliyi Azərbaycan-Nigeriya, Pərvin Kərimzadənin namizədliyi Azərbaycan-Panama, Cavid Osmanovun namizədliyi Azərbaycan-Sudan və Elman Nəsirovun namizədliyi Azərbaycan-Zimbabve parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbər seçilməsi ilə bağlı irəli sürülüb.


Müəllif: Nemət

Oxşar xəbərlər