Bakı şəhəri Salatın Əsgərova küçəsində yol infrastrukturunun yenidən qurulması işləri çərçivəsində yeni çəkilmiş magistral su xəttinin şəbəkəyə qoşulması ilə əlaqədar 16 dekabr 2014-cü il tarixdə gün ərzində Nəsimi və Yasamal rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaqdır.
“Azərsu” ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, həmin ərazilər - Bülbül və Xətai prospektləri, S. Əsgərova, S.Vurğun, A.Qurbanov, C.Məmmədquluzadə, S.Rəhimov, Topçubaşov, R.Rza, Mərdanov qardaşları küçələridir.
Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.
NİGAR