18 Dekabr 2014 00:10
758
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliyanın Neapol şəhərindəki kilsələrdən birində mobil telefon zənglərinin səsini azaltmaq üçün qurğu quraşdırılıb. Teleqraf.com-un xarici KİV-ə istinadən verdiyi məlumata görə, bunu yerli keşiş Mikele Madonna edib.

O, kilsəyə gələnlərin mobil telefondan istifadə etmələrindən təngə gələrək bu addımı atıb.

Keşişin sözlərinə görə, son zamanlar kilsəyə gələnlər hətta dəfn mərasimində telefonla danışmağa başlayıblar.

M.Madonna səsboğucunu yerli mağazadan alıb və polisə belə avadanlığın quraşdırılmasının qanuni olduğunu izah edib.


Müəllif:

Oxşar xəbərlər