12 Fevral 2023 15:03
552
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin mətbuat xidməti Avropa Parlamentinin prezidenti Roberta Metsola tərəfindən Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarovaya məktub ünvanlanması ilə bağlı məlumatlara münasibət bildirib.

Milli Məclisin mətbuat xidmətindən Teleqraf.com-a bildirilib ki, mətbuatda dərc olunan həmin məlumatlarla sosial media vasitəsilə tanış olublar: "Lakin nəzərinizə çatdırmaq istərdik ki, Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarovaya Avropa Parlamentinin prezidenti Roberta Metsola tərəfindən ünvanlandığı bildirilən hansısa məktub Milli Məclisə daxil olmayıb. Belə bir rəsmi məktub tərəfimizdən qəbul edildiyi zaman, əlbəttə ki, bu məktuba müvafiq cavab veriləcək".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər