Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması ilə əlaqədar tədbirlər davam etdirilir.
Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, Türkiyə Respublikasının səhiyyə naziri Fəxrəddin Qoca Fövqəladə Hallar Nazirliyinin Kahramanmaraş rayonunda yerləşən mobil səhra hospitallarında olub, burada yaradılmış şəraitlə, həmçinin hospitallarda müayinə və müalicə olunan yaralı və xəstələrin vəziyyətləri ilə maraqlanıb, FHN-in tibbi personalı ilə görüşüb.
F.Qoca hospitallarda yaradılmış şəraiti yüksək qiymətləndirib, göstərilən dəstəyə görə Azərbaycan dövlətinə və xalqına təşəkkür edib.