17 Aprel 2023 17:25
541
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev irsini öyrənirik” mövzusunda tədbir keçirilib.

Bu barədə Teleqraf.com-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Tədbirdə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisi general-mayor Etibar İsmayılov və xidmətin şəxsi heyəti, Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin idarə rəisi Ceyhun Salmanov, AMEA-nın Fəlsəfə və sosiologiya institutunun siyasətin fəlsəfəsi və sosiologiyası şöbəsinin müdiri, professor Rəna Mirzəzadə iştirak edib.

Tədbirdə Dövlət himni səsləndirilib, ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə açan Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisi general-mayor Etibar İsmayılov ulu öndər Heydər Əliyevin mənalı ömür yolundan danışıb, müasir müstəqil Azərbaycanın bu günü və gələcəyi üçün həyata keçirdiyi titanik fəaliyyətdən bəhs edib.

XRXX-in rəis müavini general-mayor Raul Zeynalov çıxışında ulu öndər Heydər Əliyevin hakimiyyətdə olduğu istər keçmiş sovet, istərsə də müstəqillik illərində azərbaycanlı gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsinə xüsusi diqqət yetirdiyini, onun ideyalarının əsasında azərbaycançılıq, Vətən, xalq, millət sevgisinin və dövlətə sədaqət hissinin dayandığını bildirib.

Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdışını dövlətçilik tariximizin şanlı səhifəsi kimi qiymətləndirən AMEA-nın Fəlsəfə və sosiologiya institutunun siyasətin fəlsəfəsi və sosiologiyası şöbəsinin müdiri, professor Rəna Mirzəzadə həmin tarixdən sonra bütün sahələrdə ardıcıl və məqsədyönlü islahatların həyata keçirildiyini məmnunluq hissi ilə dilə gətirib. Dahi Rəhbərin siyasi kursunun layiqli davamçısı Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi altında bu gün Azərbaycan regionun lideri olmaqla bərabər, həm də beynəlxalq məkanda qüdrətli dövlət kimi nüfuz qazandığını bildirib.

FHN-in Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin idarə rəisi Ceyhun Salmanov tədbirdə “Heydər Əliyev və milli dövlətçilik ideyası” mövzusunda cıxış edib.

Sonda Ümummilli Liderin ömür yolundan bəhs edən sənədli film nümayiş olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər