3 May 2023 18:48
489
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ümummilli lider Heydər Əliyevin və qardaş ölkə Türkiyə Cümhuriyyətinin yaranmasının 100-cü ildönümünə həsr olunmuş 3 May - Türkçülük Günü ilə bağlı tədbir keçirilib.

Teleqraf.com xəbər verir ki, tədbirdə "Azəri-Türk" Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı çıxış edib.

Tədbir iştirakçılarını salamlayan Birlik sədri qeyd edib ki, bu günü ümummilli lider Heydər Əliyevə həsr edirik: "Bu gün həm də "Azəri-Türk" Qadınlar Birliyinin yaradılmasının 27-ci ili tamam olur. Birliyimiz müxtəlif ölkələrdə yaşayan soydaşlarımızın mədəni, mənəvi əlaqələrinin qurulmasında və möhkəmlənməsində, Azərbaycan həqiqətlərinin, xüsusisən Ermənistanın işğalçı və vandal siyasətinin beynəlxalq təşkilatlarda səsləndirilməsində, qadın haqlarının müdafiəsində, Azərbaycan-Türkiyə, eləcə də türk dövlətlərinin təşkilları ilə əlaqələrin inkişafında böyük uğurları var.

"Azəri-Türk" Qadınlar Birliyi Türkiyə, İsveçrə, Kanada, ABŞ, Şotlandiya, Almaniya, Qazaxıstan, Türkmənistan, Özbəkistan və digər ölkələrdə təmsilçilikləri vardı. Bu təmsilçilik Azərbaycanın haqq səsinin tanıdılmasında xüsusi rol oynayıb.

Bu tədbir hesabat xarakterlidir. Bu gün həm də Türk Qadınlar Birliyinin Türkçülər Gününə həsr olunan "Türkçülük yolunda" filminin və eyni adlı kitabın təqdimat mərasimi keçirilir. Bu filmi əslində 25 illiyimizə hazırlamışdıq. Həmin dönəmdə Vətən müharibəsi və pandemiya səbəbindən biz bu tədbiri 2 il ertələdik. Bu günə nəsibmiş. Bu gün dərnəyimiz haqqında bəlgəsəl filmin nümayişi olacaq. Bu filmi bir hesabat kimi qəbul edə bilərsiz.

Həmişə bir amalımız olub, millətimizə xidmət etmək. Bu millət sevgisi ancaq könül işidir. Buna ancaq sevgi ilə yanaşmaq olar. Bu yola baş qoyanlar təmənnasız millətini sevir. Çox danışmaq istəmirəm. Zatən filmdə sözümüzü demişik".


Müəllif: Foto: Elnur Muxtar, Yeganə Oqtayqızı

Oxşar xəbərlər