20 May 2023 10:56
532
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gündən etibarən Azərbaycanda yaşayan Türkiyə vətəndaşları prezident seçkilərinin ikinci turu ilə bağlı səs verir.

Teleqraf.com xəbər verir ki, proses Türkiyənin Gəncədəki Baş konsulluğunda da təşkil olunub.

Səhər saatlarından etibarən Gəncə və ətraf bölgələrdə yaşayan Türkiyə Respublikasının vətəndaşları səs vermək üçün Baş konsulluğun binasına gəlir. Məlumat üçün bildirək ki, səsvermə prosesi sabah 8-dən axşam 22-00 dək davam edəcək və üç gün çəkəcək. Gəncə ilə yanaşı səsvermə prosesi qardaş ölkənin Bakıdakı səfirliyi və Naxçıvan Muxtar Respublikasının Baş konsulluğunda da baş tutacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər