6 İyun 2023 11:24
399
12 Punto 14 Punto 16 Punto 18 Punto

Büdcə zərfinə daxil olan qanunlarda dəyişiklik edilməsinə zərurət yaranıb.

Teleqraf.com xəbər verir ki, bunu bu gün Milli Məclisin növbədənkənar sessiyasının ilk plenar iclasında çıxışında spiker Sahibə Qafarova deyib.

O qeyd edib ki, iqtisadi göstəricilərin artımı nəzərdə tutulan hədəflərin əldə edilməsi, o cümlədən işğaldan azad olunan ərazilərdə bərpa-quruculuq işlərinin sürətləndirilməsi, müdafiə və təhlükəsizlik vəzifələrinin yerinə yetirilməsi məqsədilə bu ilin dövlət büdcəsi haqqında və büdcə zərfinə daxil olan digər iki qanunda dəyişiklik edilməsinə imkan yaradıb.

Spiker bildirib ki, Prezident İlham Əliyev müvafiq qanun layihələrini qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə təqdim edib.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər