Nazirlər Kabineti “Gömrük yığımlarının məbləğləri”ndə dəyişiklik edib.
Teleqraf.com xəbər verir ki, indiyə qədər qüvvədə olan qərara əsasən, malların və nəqliyyat vasitələrinin müvafiq gömrük proseduru altında tam yerləşdirilməsini nəzərdə tutan bütün növ gömrük bəyannamələrinin hər vərəqi üçün elektron gömrük xidmətinin göstərilməsinə görə 30 manat məbləğində gömrük yığımı alınıb.
Dəyişikliyə əsasən, bu gömrük yığımına dair maddə ləğv edilib.