Bazar ertəsi sessiyanın əvvəlində türk lirəsi ABŞ dolları qarşısında yeni rekord səviyyədə dəyər itirdi.
Teleqraf.com xəbər verir ki, 1 ABŞ dolları 23,77 türk lirəsi səviyyəsinə çatıb.
İnvestorlar Türkiyə Mərkəzi Bankının yeni sədrinin təyinatından sonra pul siyasətində dəyişikliklərlə bağlı siqnallar gözləyirlər. Onun uçot dərəcəsini artıracağı gözlənilir.
Carı sessiyadan əvvəl 1 ABŞ dolları 23,6 lirə təşkil edib.