20 İyun 2023 12:27
439
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda dərman vasitələrinin dövlət reyestri aparılacaq.

Teleqraf.com xəbər verir ki, bununla bağlı "Dərman vasitələri haqqında" qanuna dəyişiklik edilir.

Belə ki, təklif olunan dəyişikliklə dərman vasitələrinin dövlət reyestri (bundan sonra – dövlət reyestri) həyata keçiriləcək.

Qeyd edək ki, dövlət reyestri - bu qanuna uyğun olaraq Azərbaycanda dövlət qeydiyyatına alınan dərman vasitələri, dərman maddələri və tibb vasitələri barədə məlumatlardan ibarət informasiya sistemidir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər