Avropa Azərbaycan Cəmiyyəti Parisdə “Charlie Hebdo” jurnalının redaksiyasına edilən terror hücumu ilə əlaqədar dərin narahatlıq və hüzn hissi keçirir.
AzərTAc xəbər verir ki, bu haqda məlumat ABŞ-ın “Press Release Rocket” xəbər agentliyi və “PRWeb” onlayn portalında yayımlanıb.
Məlumatda qeyd olunur ki, Azərbaycan terrorizmə qarşı beynəlxalq mübarizədə fəal mövqe tutub və müvafiq beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir. Azərbaycan dünyəvi müsəlman ölkəsi olaraq Əfqanıstanda antiterror əməliyyatlarına yaxından dəstək verib.
Avropa Azərbaycan Cəmiyyəti Parisdəki terror aktının qurbanlarının ailələrinə başsağlığı verir və onlarla həmrəy olduğunu bildirir.
Xatırladaq ki, Avropa Azərbaycan Cəmiyyətinin sədri Tale Heydərovdur.