Telefonlara gələn zəlzələ ilə bağlı məlumatın Azərbaycanla heç bir əlaqəsi yoxdur.
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin informasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı bildirib.
Onun sözlərinə görə, zəlzələ Türkmənistan ərazisində baş verib.
Qeyd edək ki, Türkmənistanda yerli vaxtla saat 05:37-də 5,2 bal gücündə zəlzələ qeydə alınıb.