17 Avqust 2023 12:59
366
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tərtərin işğaldan azad edilmiş Talış kəndində 30 ildən sonra körpə dünyaya gəlib.

Bu barədə Teleqraf.com-a Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, Camalovların ailəsində dünyaya gələn körpə qıza Zəhra adı verilib.

İki oğul övladından sonra dünyaya göz açan Zəhra ailəsinin və yaxınlarını sevincinə səbəb olub.

Xatırladaq ki, Talış kəndinə köç bu ilin mart ayında reallaşıb, kənddə hazırda 20 ailə yaşayır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər