25 Avqust 2023 15:06
312
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, yanğın təhlükəsizliyi ilə bağlı əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirləri davam etdirir.

Teleqraf.com xəbər verir ki, bu çərçivədə, Gəncə şəhərindəki Gəncə uşaq evində, 4 saylı Gəncə və 3 saylı Göygöl Psixonevroloji Sosial Xidmət müəssisələrində, 1 saylı Gəncə Regional “Asan Xidmət” Mərkəzində, Tovuz Regional Meşə Təsərrüfatı Mərkəzinin Cırdaxan Meşəbəyliyində, Şəmkir Regional Meşə Təsərrüfatı Mərkəzinin Şəmkir Meşəbəyliyində yanğına qarşı maarifləndirmə tədbirləri keçirilib.

Tədbirlərdə yanğınların baş vermə səbəbləri və qarşısının alınması yolları, yanğın zamanı zəruri davranış qaydaları barədə məlumat verilib və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib, mövzu ilə bağlı geniş müzakirələr aparılıb, zəruri tövsiyələr verilib, suallar cavablandırılıb.

Həmçinin, Tovuz rayonunun Qovlar şəhəri ərazisində Qovlar şəhər parkında, Qazax rayonunun Çaylı kəndində kənd qəbirstanlığında quru otların, kol-kos və məişət tullantılarının təmizlənməsi təmin olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər