6 Sentyabr 2023 16:33
282
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son 3 il ərzində 275 yeni məktəb tikilib. Nəticədə qəzalı vəziyyətdə olan məktəblərin sayı 30% azalaraq 654-ə enib.

Teleqraf.com xəbər verir ki, bunu Elm və təhsil naziri Emin Əmirullayev 2023-24-cü tədris ili üçün keçirilən brifinqdə deyib.

Nazir qeyd edib ki, yeni tədris ilində rus bölməsində Azərbaycan dili tədrisinin keyfiyyətinə diqqət artırılacaq: "Dərsliklə bağlı problemimiz yoxdur. Cari ildə 24 dərslik təkminlləşdirilib, 37 yeni dərslik hazırlanıb, ümumilikdə 318 dərslik (7,8 milyon nüsxə) çap olunub".


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər