Qarabağda lokal antiterror tədbirləri zamanı şəhid xəbəri çıxmış XTQ-nin 28 yaşlı zabiti Ağayev Rəsul Avtandil oğlu 3 günlük axtarışlardan sonra ayağından yaralı halda bataqlıq ərazidən tapılıb.
Teleqraf.com xəbər verir ki, döyüş yoldaşları ayağından yaralanmış Rəsula ilk yardım edərək hücumu davam etdirib, geri qayıdan zaman onu qoyduqları yerdə tapmamışdılar.
Rəsul sürünərək yerini dəyişib və 3 günə yaxın yaralı halda orada qalıb.
Salyan rayonunun Babazanlı massivindən olan Rəsul Ağayev 2 körpə qız uşağının atası, YAŞAT Fondunun sədri qazi Elvin Hüseynovun qaynıdır.