Azərbaycan Silahlı Qüvvələri tərəfindən sentyabrın 19-20-da həyata keçirilən uğurlu lokal antiterror tədbirləri nəticəsində şəhid olan 11 nəfərin şəxsiyyəti Məhkəmə Tibbi Ekspertiza tərəfindən məhkəmə genetik müayinələr aparıldıqdan sonra müəyyənləşdiriləcək.
Bu barədə Teleqraf.com-a Səhiyyə Nazirliyindən məlumat verilib.
Qeyd edək ki, antiterror tədbirlərində 192 hərbçi və 1 mülki şəxs şəhid olub, 511 hərbçi və mülki şəxs yaralanıb.