27 Sentyabr 2023 17:43
329
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinin Akademiyası və Suraxanı Gənclər Evinin birgə təşkilatçılığı ilə 27 sentyabr – Anım Günü ilə əlaqədar tədbir keçirilib.

Teleqraf.com xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib.

Tədbirdə FHN Akademiyasının və Suraxanı Gənclər Evinin rəhbərliyi, Nazirliyin məsul vəzifəli şəxsləri, Vətən müharibəsi iştirakçıları, Suraxanı Gənclər Evinin əməkdaşları, ali təhsil ocağının professor-müəllim heyəti və kursantlar iştirak edib.

Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən 44 günlük Vətən müharibəsində ölkə başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə qazanılmış böyük Zəfərin əhəmiyyətindən danışılıb, qəhrəman şəhidlərimizin qanı bahasına başa gəlmiş, igid əsgər və zabitlərimizin misilsiz sücaəti nəticəsində əldə olunmuş qələbə ilə şanlı rəşadət salnaməsinin yazıldığı diqqətə çatdırılıb. Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 27 sentyabr tarixinin Anım Günü kimi qeyd olunması Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir.

Sonra tədbir bədii hissə ilə davam etdirilib. Kursantlar və Suraxanı Gənclər Evinin fəal gəncləri tərəfindən vətənpərvərliyi tərənnüm edən şeirlər səsləndirilib və Vətən müharibəsi haqqında qısa səhnəcik təqdim olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər