Bu barədə Teleqraf.com FHN-in «Fövqəladə Hallar» qəzetinə istinadən məlumat verir.
Hazırlanmış proqram təminatı növbətçi heyətin istifadəsinə verilib. Hazırda digər mobil rabitə operatorları ilə bu sistemin genişləndirilməsi istiqamətində danışıqlar aparılır.
Sistem vasitəsi ilə respublika ərazisində baş vermiş və baş verə biləcək təbii və texnogen hadisələr barədə həmin ərazidə yaşayan əhalinin operativ olaraq xəbərdar edilməsi həyata keçiriləcək.