26 Oktyabr 2023 17:27
612
12 Punto 14 Punto 16 Punto 18 Punto

SOCAR “Azəriqaz” İstehsalat Birliyi kommunal xidmətlər üzrə ekspertlər və Qeyri-hökumət təşkilatları (QHT), eləcə də ictimaiyyət nümayəndələrindən ibarət İctimai Şuranın yaradılması işlərinə başlayıb.

Teleqraf.com xəbər verir ki, Birliyin baş direktoru “Azəriqaz” İB-də İctimai Şuraya seçkilərin təşkili məqsədi ilə 9 nəfərdən ibarət seçki komissiyasının təşkilinə dair əmr imzalayıb.

Əmrə əsasən komissiyanın tərkibinə “Azəriqaz” İB-nin Hüquq Departamentinin, Təmir-Tikinti İdarəsinin, İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbər şəxsləri, Həmkarlar İttifaqı Komitəsinin sədri, eləcə də “Güzəran” Sosial Araşdırmalar İctimai Birliyinin, Media və Mülki Cəmiyyət İctimai Birliyinin, Müvəkkil Hüquq Mərkəzi İctimai Birliyinin, "Sosial-İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək" İctimai Birliyinin və “Uşaqların Gələcəyi Naminə” İctimai Birliyinin rəhbər şəxsləri daxildir.

İctimai Şurada təmsil olunmaq istəyən namizədlərdən xahiş edilir ki, oktyabrın 27-dən etibarən noyabrın 28-nə qədər saat 18:00-dək aşağıda qeyd olunan sənədlərin surətini [email protected] elektron ünvanına göndərsinlər.

- Şəxsiyyət vəsiqəsinin surəti;

- Namizədin tərcümeyi-halı;

- Namizədin hər hansı bir vətəndaş cəmiyyəti institutunun üzvü olduğunu təsdiq edən sənədin surəti;

- Namizədin üzv olduğu vətəndaş cəmiyyəti institutunun dövlət reyesterindən çıxarışı;

SOCAR “Azəriqaz” İB hesab edir ki, İctimai Şura məşvərətçi bir təsisat olmaqla Birliyin işində ortalığa çıxa biləcək hər hansı çətinliklərin, abonentlərin narazılıqlarının dərhal müzakirə olunması, problemlərin tez bir zamanda həll edilməsi üçün vacib rol oynayacaq. Bununla da abonent məmnuniyyətinə nail olmaq istiqamətində mühüm addım atılmış olacaq.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər