31 Oktyabr 2023 20:25
1 038
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC-nin İdarə Heyətinin sədri Əfqan Cəlilov vəzifədən azad edilərək, yeni vəzifəyə təyinat alıb.

Teleqraf.com xəbər verir ki, Ə.Cəlilov sözügedən nazirliyin başqa bir strukturunda vəzifəyə gətirilib.

O, nazirlik yanında Dövlət Dəniz və Liman Agentliyinin İH-nin sədr müavini təyin olunub.

Ə.Cəlilov müvəqqəti olaraq Agentliyin sədri vəzifəsini icra edəcək.

Faktı Trend-ə Dövlət Dəniz və Liman Agentliyindən təsdiqləyiblər.

Xatırladaq ki, Dövlət Dəniz və Liman Agentliyinin keçmiş sədri Arif Məmmədov Prezident İlham Əliyevin oktyabrın 27-də imzaladığı sərəncamla Azərbaycanın Yunanıstandakı səfiri təyin edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər