Mərkəzi Bank haqqında qanuna edilmiş dəyişikliklərlə əlaqədar AMB-ə bütövlükdə ödəniş sistemi iştirakçıları arasında tətbiq edilən xidmət haqqı tariflərinin yuxarı həddini müəyyən etmək hüququ verilib.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Mərkəzi Bankın sədrinin birinci müavini Rəşad Orucov deyib.
“Bu hüquqdan istifadə edərək AMB 25 oktyabrda bu interchange tariflərinin yuxarı-orta həddini müəyyən edib. Bu hədd orta hesabla 36 % azaldılıb. Xüsusilə bu hədd həssas xidmət növləri olan ərzaq mağazaları, apteklər üzrə qəbul edilən ödənişlər üzrə 33 %, yanacaq doldurma məntəqələrində 55 %, digər proqramlar üzrə isə 22 % azaldılıb”, - deyə R.Orucov əlavə edib.