Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 26 noyabr 2023-cü il tarixində peşəkar mühasib sertifikatı imtahanının ikinci mərhələsi (qanunvericilik üzrә) keçirilib.
Bu barədə Teleqraf.com-a DİM-dən bildirilib.
İmtahan kağız daşıyıcılar vasitəsilə Bakıda 7 binada təşkil olunub. İmtahanın keçirilməsi üçün 7 ümumi imtahan rəhbəri, 20 imtahan rəhbəri, 146 nəzarətçi‑müəllim, 20 buraxılış rejimi (mühafizə) əməkdaşı cəlb olunub.
İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahan keçirilən binalarla əlaqə saxlanılıb və imtahanın gedişi nəzarətdə olub.
İlkin məlumata əsasən, 1 namizəddə qulaqlıq aşkarlanıb və araşdırma aparılması üçün imtahan qərargahına təhvil verilib. Qeyd olunan halla bağlı araşdırma aparılır.
İmtahan nəticələri yazılı cavab tələb edən tapşırıqların yoxlanılması vaxt tələb etdiyi üçün yaxın 4 həftə ərzində elan olunacaq.