2 Dekabr 2023 19:22
456
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son 20 il ərzində ən isti dekabr ayı 2010-cu ildə qeydə alınıb. Bakıda havanın orta aylıq temperaturu müsbət 12 dərəcə olub ki, bu da iqlim normasından 5.1 dərəcə yüksəkdir.

Ən soyuq dekabr ayı isə 2002-ci ildə qeydə alınıb. Havanın orta aylıq temperaturu Bakıda 2 dərəcə isti olub ki, bu da iqlim normasından 5 dərəcə aşağıdır.

Teleqraf.com xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi feysbuk səhifəsində bildirilir.

Məlumatda qeyd olunur ki, bu il - 2023-cü ilin dekabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər yüksək olacağı gözlənilir. Arktikadan daxil olan soyuq hava kütlələrinin təsiri altında ayrı-ayrı günlərdə havanın temperaturu kəskin azala bilər. Aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın, bəzi ərazilərdə isə bir qədər çox olacağı ehtimal olunur. Birinci ongünlüyün ilk yarısında ölkə ərazisində hava şəraitinin nisbətən sabit, əksər rayonlarda əsasən yağmursuz keçəcəyi, mülayim cənub-şərq küləyinin arabir güclənəcəyi gözlənilir.


Müəllif: Teleqraf.com