3 Dekabr 2023 12:10
362
12 Punto 14 Punto 16 Punto 18 Punto

Medianın İnkişafı Agentliyi (MEDİA) Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin professoru, filologiya üzrə fəlsəfə doktoru Yalçın Mustafa oğlu Əlizadənin vəfatı ilə bağlı mərhumun ailəsinə başsağlığı verib.

Teleqraf.com xəbər verir ki, ki, başsağlığıda deyilir:

“Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin professoru, filologiya üzrə fəlsəfə doktoru Yalçın Mustafa oğlu Əlizadə 83 yaşında vəfat edib.

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin rəhbərliyi və kollektivi Yalçın Əlizadənin vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!”.

Qeyd edək ki, Jurnalistika fakültəsinin professoru Y. Əlizadə ötən gün 83 yaşında dünyasını dəyişib.

Xatırladaq ki, Y.Əlizadə uzun illər Jurnalistika fakültəsinin dekanı işləyib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər