“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi sosial şəbəkədə Afrikadan Azərbaycana dayə işləmək üçün gətirilən qadının aldadıldığı və hazırda sığınacağa yerləşdirildiyi məlumatını yayıb.
Afrikalı qadının durumu ilə bağlı Teleqraf.com-a danışan “Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova hazırda afrikalı qadının vəziyyətinin qənaətbəxş olduğunu bildirib.
Onun sözlərinə görə, qadın dayə işləmək üçün ölkəmizə Efiopiyadan gəlib, onu dəvət edən şəxs isə fikrindən daşınıb:
“Bakıya dəvət edən şəxslə bağlı məlumatımız yoxdur. Xanım Bakını da tanımır, amma burada qalmaq istəyir. Hazırda məsələ ilə dövlət orqanları məşğuldur”.