31 Yanvar 12:30
879
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakıda “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi ilə Rusiya Federasiyasının Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin nəticələrinin aradan qaldırılması Nazirliyi arasında 2024-2026-cı illər üçün birgə tədbirlər planı”nın imzalanması mərasimi olub.

Teleqraf.com xəbər verir ki, sənədi Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov və Bakıda səfərdə olan Rusiya Fövqəladə Hallar Nazirliyinin rəhbəri Aleksandr Kurenkov imzalayıblar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər