25 Yanvar 2015 12:16
719

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Ağac yaş ikən əyilər” layihəsinin icrası çərçivəsində Gəncə şəhəri 4№.li məktəbdə gənclərə yol-hərəkət qaydalarına əməl edilməsi ilə bağlı maarifləndirici təlimlər həyata keçirilib.

Layihə çərçivəsində gənclər arasında yol təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə bu sahədə mövcud olan qaydalar və həmin qaydalara riayət olunması ilə bağlı maarifləndirici təlimlər keçirilib.

Məqsəd gələcəkdə avtomobil istifadəsinin məsuliyyətini anlayan bir nəslin yetişdirilməsidir. Təlim əsnasında iştirakçılara yol təhlükəsizliyinin əhəmiyyəti, gənclərin məsuliyyətinin artırılması və s. istiqamətlərdə verilmiş məlumatlarla yanaşı, zəruri ədəbiyyatlar da paylanılıb.


Müəllif: