27 Yanvar 2015 16:09
1 016
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nəzarətçi müəllimlərə treninq keçilir

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2015-ci ildə keçirəcəyi imtahanlarda nəzarətçi kimi iştirak edəcək müəllimlər üçün treninqlərə başlayıb.

TQDK-dan Teleqraf.com-a daxil olan məlumata görə, ilk treninq yanvarın 26-da Bakı şəhəri 276 nömrəli məktəbdə keçirilib və Binəqədi rayon orta ümumtəhsil müəssisələrindən 200-dən artıq nəzarətçi-müəllim iştirak edib.

İmtahan prosedurlarının daha səmərəli izahını təmin etmək üçün treninq 25-30 nəfərlik qruplarla aparıllb. Bu zaman real imtahanda tətbiq edilən sənədlər və vəsaitlərdən istifadə olunub, komissiya tərəfindən hazırlanmış imtahan texnologiyasına aid film nümayiş etdirilib.

Qeyd edək ki, treninqlər martın 5-dək aparılacaq və respublikanın 80 şəhər və rayonundan 15000-ə yaxın müəllim bu prosesdə iştirak edəcək.

NİGAR


Müəllif: