2 Aprel 11:47
546
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın vətəndaş cəmiyyəti sektoruna daha bir qeyri-hökumət təşkilatı daxil olur.

Teleqraf.com xəbər verir ki, “Aztəminatlı Ailələrə Sosial-Psixoloji Dəstək” İctimai Birliyi adlı təşkilatın təsisçisi Suzana Abseynovadır.

QHT sədri bildirib ki, təşkilatı yaratmaqda məqsəd aztəminatlı ailələrə dəstək olmaqdır.

“Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alındıqdan sonra dövlətin müvafiq qurumları ilə əlaqəli şəkildə aztəminatlı ailələrə yönəlik xeyriyyə, dəstək aksiyaları təşkil edəcəyik”.

Abseynova deyib ki, təşkilat olaraq aztəminatlı ailələrə psixoloji dəstək vermək də əsas məqsəd və vəzifələrdəndir.

Yaxın vaxtlarda təsis edilən QHT-nin dövlət qeydiyyatına alınması məqsədilə müvafiq sənədlər Ədliyyə Nazirliyinə təqdim ediləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər