7 İyun 11:25
212
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi birinci oxunuşda qəbul edilib.

***

“2024-cü il dövlət büdcəsi haqqında” qanuna dəyişiklik layihəsi parlamentdə I oxunuşda müzakirəyə çıxarılıb.

Teleqraf.com xəbər verir ki, büdcə sənədini Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili təqdim edir.

Maliyyə nazirinin də hesabat verməsi gözlənilir.

2024-cü ilin dövlət büdcəsinin xərcləri 39 milyard 707 milyon manat məbləğində, dövlət büdcəsinin gəlirləri isə 36 milyard 353 milyon manat həcmində proqnozlaşdırılır. 2024-cü ilin dövlət büdcəsinin kəsiri 764 milyon manat artaraq, 3 milyard 354 milyon manata çatdırılır.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər