Azərbaycanın yenidən baxılan 2024-cü il dövlət büdcəsinin gəlirləri ilə bağlı proqnoz 34 milyard 173 milyon manatdan 36 milyard 353 milyon manata çatdırılacaq.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar sessiyasında maliyyə naziri Samir Şərifov deyib.
O qeyd edib ki, bu Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinda öz əksini tapıb.
Büdcənin xərcləri ilə bağlı proqnoz isə 36 milyard 763 milyon manatdan 39 milyard 707,3 milyon manata kimi artırılacaq.