Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə yeni Aparat rəhbəri təyin edilib.
Teleqraf.com Manset.az-a istinadən xəbər verir ki, Agentliyin sədri Zaur Mikayılovun müvafiq əmri ilə qurumun Aparat rəhbəri vəzifəsinə Fuad Quliyev təyin edilib.
Xatırladaq ki, F. Quliyev 2021-ci ildən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətində sədrin müşaviri vəzifəsində çalışıb.
Qeyd edək ki, yeni təyin edilən aparat rəhbəri Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovun qudasıdır.
“Qafqazinfo”nun yazdığına görə isə, Zaur Mikayılov daha bir qudasını özünə müşavir təyin edib. Belə ki, o, qudası Şirinov Əsəd Əli oğlunu müşavir vəzifəsinə gətirib.