10 İyun 11:26
9 442
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi, erməni mediası ötən gün Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində Ordumuzun itkin düşən əsgəri Ceyhun Hüseynovun Ermənistanın Dərələyəz mahalının Areni kəndində saxlanıldığı haqda iddia yayıb.

Teleqraf.com Axar.az-a istinadla xəbər verir ki, ermənilərin hazırda “Areni” adlandırdığı kənd Naxçıvanla düz sərhəddə - 1,5 km-likdə yerləşən tarixi Azərbaycan kəndi Arpadır. Keşişkənd rayonun ərazisində, Arpa çayının yanında yerləşir. Burada 1321-cı ildə tikilmiş qədim alban məbədinin qalıqları indi də durur. Mənbələrdə Arpanyal, Arbanyal kimi də xatırlanır.

Arpa kəndinin adı Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 10 sentyabr 1946-cı il fərmanı ilə dəyişdirilib, Areni qoyulmuşdur.

Qeyd edək ki, əsgərimizin saxlanıldığı barədə Ermənistan MN rəsmi açıqlama verməyib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər