3 İyun 16:41
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Siyasi və Hüquqi Araşdırmalar Mərkəzi" İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Hüquqpozmalar barədə məlumatvermə və belə məlumatları verən şəxslərin dövlət müdafiəsi” adlı laihəyəyə start verib.

Layihənin əsas məqsədi hüquqpozmalar barədə məlumatvermə mexanizmi yaratmaqla dövlət və özəl sektorda çalışan şəxslərə hüquqazidd, qeyri-etik əməllər barədə məlumat vermək imkanının yaradılması və ictimai maraqların qorunmasıdır.

Davranış təcrübədən gözlənilən nəticə - məlumatvermə sisteminin tətbiqi ilə hüquqpozmalar barədə məlumat vermə statistikasında artıma nail olma və hüquq pozuntularının sayının qarşıdakı illərdə əhəmiyyətli dərəcədə azalmasıdır.

Avropa Şurası, OECD də ictimai münasibətlərin əksər sahəsini əhatə edən məlumatvermə sistemi yaradılmasını tövsiyə edir. Bir çox Avropa ölkələri belə sistemi, habelə buna dair müvafiq qanun qəbul edib.

Nəzərdə tutulan məhsul xidmət - Hüquqpozmalar barədə məlumat verən şəxslərin müdafiəsinə nail olmaq üçün hüquqpozmalar barədə məlumatvermə və məlumat verən şəxslərin müdafiəsinə dair tədbirlər, media və digər vasitələrlə aparılan təbliğat işləri, broşürlərin çap edilməsi, dəyirmi masaların keçirilməsi, sosial çarxların yayımlanması və bu kimi digər tədbirlər

Dövlət və özəl sektorda hüquqpozamalar barədə məlumatvermənin əhəmiyyəti və nəticələri barədə layihənin icra müddəti ərzində 5 dəyirmi masa keçiriləcək;
- Layihə ilə bağlı izahedici təlimat hazırlanacaq;
- Layihə ilə bağlı mediada 5-dən çox çıxış ediləcək;
- Layihə ilə bağlı sosial çarxlar hazırlanacaq;
- Layihə ilə bağlı internet saytlarında və sosial şəbəkə hesablarında maarifləndirici yazılar və çıxışlar yayımlanacaq.
Görüləcək işlər barədə informasiya agentliklərində, qəzetlərdə və televiziyada müvafiq olaraq məlumatlar yayımlanacaq və çıxışlar ediləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər