10 İyul 11:24
423
12 Punto 14 Punto 16 Punto 18 Punto

2024-cü il sentyabr ayının 1-nə təyin edilmiş növbədənkənar parlament seçkiləri ilə bağlı dairə seçki komissiyalarının sədrləri üçün müşavirə keçirilir.

Teleqraf.com xəbər verir ki, Mərkəzi Seçki Komissiyasında (MSK) keçirilən tədbirdə çıxış edən MSK sədri Məzahir Pənahov parlament seçkilərinin əhəmiyyətindən danışıb.

Onun sözlərinə görə, bundan öncə prezident seçkiləri suveren Azərbaycanın bütün ərazilərində keçirildiyindən Zəfər seçkisi adlandırılmışdı.

"Parlament seçkiləri də Azərbaycanın bütün ərazilərində keçiriləcək və olduqca vacib prosesdir", - sədr qeyd edib.


Müəllif: Şəbnəm Zahir

Oxşar xəbərlər