18 İyul 17:59
302
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt şəhərində sahibsiz itin öldürülməsi barədə sosial şəbəkədə paylaşılan görüntülər Sumqayıt şəhər Polis İdarəsinin 4-cü polis bölməsinin əməkdaşları tərəfindən araşdırılıb və iti öldürən şəxsin Sumqayıt şəhər sakini Yavər Hüseynov olduğu müəyyən edilib.

Teleqraf.com xəbər verir ki, faktla bağlı Y.Hüseynov barəsində inzibati protokol tərtib olunub.

Xidmət rəsmisi Asif Məcidov bildirib ki, protokol Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin Sumqayıt regional ekologiya idarəsinə təqdim olunub və qanun pozucusu Y.Hüseynov barəsində cərimə qərarı çıxarılaraq o qanunamüvafiq qaydada cərimə edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər