28 İyul 20:17
342
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün axşam saatlarından başlayaraq Gəncə şəhərinə yağan və hazırda da fasilələrlə davam edən güclü yağış bir sıra fəsadlar törədib.

Teleqraf.com xəbər verir ki, şəhərin Yeni Gəncə yaşayış massivində yeni salınan məhəllədə 30-a yaxın fərdi yaşayış sahəsini su basıb.

Gəncə Şəhər İcra Hakimiyyəti yanında Fövqəladə Hallar Komissiyasının sədri Səməd Tomuyev bildirib ki, baş vermiş hadisə ilə əlaqədar olaraq aidiyyəti qurumlar gücləndirilmiş iş rejimində çalışırlar.

Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin və Fövqəladə Hallar Nazirliyinin yerli regional qurumlarının əməkdaşları tərəfindən evlərə dolmuş yağış sularının ərazidən xaric edilməsi istiqamətində zəruri tədbirlər davam etdirilir. Qısa vaxt ərzində yağış sularının evlərdən tamamilə çıxarılması təmin ediləcəkdir.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov da hadisə yerinə gələrək, görülən işlərlə yerində tanış olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər