4 Avqust 14:54
1 952
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qara zirə ayçiçəyi fəsiləsinə aid bir az acı və kəskin dadı olan qara damcı formalı toxum kimi tanınır.

Teleqraf.com xəbər verir ki, qara zirə zəngin B1, B2, B3 və B6 vitaminləri, dəmir, maqnezium, sink, kalsium və kalium kimi minerallar mənbəyidir. Bundan əlavə, qara zirə tərkibində olan antioksidan birləşmələr sayəsində bədənə bir çox faydalar təmin edir. Bu vitamin və mineralların müntəzəm istifadəsi immunitet sistemini gücləndirməyə, enerji səviyyələrini artırmağa və bədən funksiyalarını dəstəkləməyə kömək edə bilər. Bu səbəblə qara zirə balanslaşdırılmış qidalanma proqramında mühüm yer tuta bilər.
Qara zirəyə qarşı allergiyası olan insanlar və hamilə qadınlar qəbul etməməlidir.
O Psoriasis və sızanaq kimi dəri problemlərini müalicə edir, immuniteti gücləndirir, qan təzyiqini balanslaşdırır, xolesterol və trigliserid səviyyələrini aşağı salır, həzmi tənzimləyir, həzmsizlik və qəbizliyə yaxşı gəlir.
Əlavə olaraq, yaddaş və diqqəti artırıb qan şəkərini tənzimlədiyi, tənəffüs problemlərini aradan qaldırdığı da bilinir.
Qara zirənin antioksidant və antimikrobiyal xüsusiyyətləri dəri sağlamlığını dəstəkləyir və dərini yeniləyir.
Qara zirə və yağını səhər yeməyində pendirinizə, yeməklər zamanı salatlarınıza və ya qatığınıza əlavə edərək istehlak edə bilərsiniz. Bundan əlavə; Çörək, xəmir, simit və digər xəmirlərin üzərinə səpə bilərsiniz.

Mələksəda Zeynallı


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər