7 Avqust 17:05
11 002
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəzər dənizində "Balıqçılıq təsərrüfatı üzrə elmi-istehsalat mərkəzi"nin ekspedisiyası tərəfindən tədqiqat ovu zamanı nadir Xəzər qızılbalığı (Salmo caspius) nümunəsi ovlanıb.

Teleqraf.com xəbər verir ki, balıq Kenderli adası körfəzində tutulub. Onun uzunluğu 47 santimetr, çəkisi isə 1,3 kiloqram olub.

Qazaxıstan tədqiqatçıları balığı sənədləşdirərək foto və video çəkilişlər aparıblar.

Ölçmələrdən sonra qızılbalıq yenidən Xəzər dənizinə buraxılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər