11 Avqust 11:19
7 184
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hitit Universitetinin məzunu türkiyəli həkim Qamze Nur Müjdeci təbii mənbələrdən əldə edilə bilən melanin adlanan piqmentin xüsusiyyətlərini aşkar etmək üçün araşdırma aparıb.

Teleqraf.com xəbər verir ki, Çorum Hitit Universitetində həyata keçirilən layihə çərçivəsində kök qabığından əldə edilən melanin birləşməsinin ağciyər hüceyrələrində xərçəng əleyhinə xüsusiyyətləri müəyyən edilib.

Layihə çərçivəsində bir çox kənd təsərrüfatı məhsullarından melanin əldə etmək üçün çalışdıqlarını deyən Müjdeci bildirib ki, melanin istehsal edərkən bölgədə yerkökü, qarpız, qovun, soğan qabığı və bəkməz üzərində təcrübələr aparılıb. Ən çox melanin miqdarı kök qabığından əldə olunub.

Müjdeci bu tip araşdırmaların gələcəkdə xərçəng müalicəsini asanlaşdıracağını vurğulayıb.

"Kök qabığından əldə etdiyimiz melanin ağciyər hüceyrələrində əhəmiyyətli antixərçəng xüsusiyyətləri nümayiş etdirdi. Melaninin xərçəng əleyhinə xüsusiyyətlərilə yanaşı, həmçinin rəngləndirici maddə kimi digər xüsusiyətlərə də malikdir. Bu, biotexnologiya laboratoriyamızın istehsal yönümlü araşdırmalarının nə qədər əhəmiyyətli olduğunu bir daha sübut edir”, - o əlavə edib.


Müəllif: İradə Tağızadə

Oxşar xəbərlər