14 Avqust 10:10
1 069
12 Punto 14 Punto 16 Punto 18 Punto

Astrologiya - insanların doğum tarixləri ilə təyin olunan işarələrlə bağlı davranış modellərini ortaya qoyan qeyri-formal elmdir. Bürclər insanların şəxsiyyəti, həyat tərzi, zəif və güclü tərəfləri haqqında məlumat verir.

Teleqraf.com bürclərlə bağlı maraqlı faktları təqdim edir.

1.Bürclər planetin hərəkətinə görə dəyişə bilər.

Onlar doğulduğumuz zaman günəşin hansı bürcdə olması ilə müəyyən edilir. Lakin planetlərin hərəkəti ilə əlaqədar olaraq günəşin öz bürclərindəki mövqeyi zamanla fərqlənə bilər. Məsələn, 2000-ci ildə doğulan biri oğlaq bürcü olduğu halda, 2020-ci ildə oxatan ola bilər. Bu vəziyyət "bürc dəyişikliyi" adlanır.

2.Bürclər sağlamlığımıza təsir edir.

Bürclər təkcə şəxsiyyət xüsusiyyətlərinə deyil, həm də sağlamlığımıza təsir göstərir. Hər bir işarənin bədənimizin müəyyən hissəsi ilə əlaqəsi var. Məsələn, baş və beyin ilə qoç, boğaz və boyun ilə buğa, ağciyər və əl ilə əkizlər, sinə və mədə ilə xərçəng, ürək və onurğa ilə şir əlaqələndirilir.

Bağırsaq və qaraciyər ilə qız bürcü, böyrək və dəri ilə tərəzi, omba və ayaqlarla əqrəb, oxatan bürcləri, diz və sümüklərlə oğlaq bürcü, ayaqlar və sinir sistemi ilə dolça bürcü, topuq və immun sistemi ilə balıqlar əlaqələndirilir. Bu səbəbdən bürcünüzün idarə etdiyi bölgəyə diqqət yetirməyiniz sağlamlığınız üçün vacibdir.

3.Bürclər yuxu keyfiyyətimizi müəyyənləşdirir.

Bəzi bürclər daha dərin və rahat yatarkən, digərləri daha yüngül yatır. Məsələn, buğa, xərçəng, qız və balıqlar yuxu keyfiyyəti ən yüksək olan bürclərdir. Bu bürclər səhər gümrah oyana bilər.

Digər tərəfdən qoç, əkizlər, şir və oxatan ən aşağı yuxu keyfiyyətinə malik olan bürclərdir. Bu bürclər çox vaxt səhər yorğun oyanırlar.

4.Bürclər yemək seçimlərimizə təsir edir.

Hər bürcün fərqli zövqləri, pəhrizləri və yemək bişirmə bacarığı var. Məsələn, qoç ədviyyatlı, buğa şəkərli yeməkləri sevdiyi halda, şir və qız bürcləri sağlam və orqanik qidaları xoşlayır.

Oğlaq praktik və doyurucu, dolça orijinal və yenilikçi qidalara, balıqlar isə sulu yeməklərə üstünlük verirlər.

5.Bürclər həm də spirtli içki istifadəmizi müəyyən edir.

Bəzi bürclər alkoqolu daha yaxşı idarə edə bilir, bəziləri isə daha tez sərxoş olur. Məsələn, qoç, şir, oxatan spirtli içkilərə əyləncə vasitəsi kimi baxır və onun təsirini asanlıqla aradan qaldıra bilirlər.

Digər tərəfdən, buğa, xərçəng, qız və balıqlar spirtdən emosional qaçış vasitəsi kimi istifadə edir və onun təsirindən çətinliklə xilas olurlar.

6.Bürclər musiqi zövqümüzə də təsir edir.

Hər bürcün müxtəlif mahnı seçimi var. Məsələn, buğa bürcü klassik, caz, xərçəng bürcü romantik, emosional və nostalji, qız bürcü xalq mahnılarını dinlədiyi təqdirdə, tərəzilər harmonik və simfonik musiqilərə, dolçalar yenilikçi və fərqli musiqilərə, balıqlar isə bədii və xəyalpərəst musiqilərə üstünlük verirlər.

7. Bürclər səyahət seçimlərimizə təsir edir.

Bəzi bürclərin səyahət etməyi sevməməsi, hara getmək istədikləri və davranışları fərqlidir. Məsələn, qoç macəralı yerlərə getməyi sevir.

Buğa səyahət etməyi çox sevmir, dəbdəbəli və rahat məkanlara üstünlük verir.

Əkizlər mədəni yerlərə səyahət edərkən ünsiyyətcil davranır.

Xərçəng özünü evində imiş kimi hiss edə biləcəyi yerlərə getməyi xoşlayır.


Müəllif: İradə Tağızadə

Oxşar xəbərlər